Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Allahşükür Paşazadə: “Qəsdən adam öldürənlərin, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram”
12.03.10 03:27

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü olmağıma baxmayaraq komissiyanın iclaslarında qəsdən adam öldürənlər, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində bildirib. “Mən ağır cinayətlər törədən şəxslərdən başqa bütün müraciət edən məhkumların azadlığa buraxılmasına müsbət baxıram. Hər bir insan müəyyən səhvlər edə bilər. O, səhvlərin müəyyən hissəsini bağışlamaq lazımdır. Həbs olunan insanların da müəyyən bir hissəsi var ki, etdikləri cinayət hadisələrindən peşmançılıq hissi keçirirlər. Bu cür insanların əfv olunmasının tərafdarıyam”,-deyə Şeyx vurğulayıb. A.Paşazadə həbsdəki jurnalistlərin də azadlığa buraxılmasının tərəfdarı olduğunu bildirib. O, qeyd edib ki, biz öz sözümüzü deyirik, lakin həbsdə olan insanların əfv olunub-olunmaması dövlət başçısının səlahiyyəti çərçivəsində həll olunur.
URL / WWW
http://kelam.az/article/a-905.html