Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində tədbir keçirilib
11.03.10 22:27

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində Yasamal rayonundakı 60 nömrəli orta məktəbdə tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən veriblər. Tədbirdə çıxış edən məktəbin direktor müavini Qorxmaz Şükürov kollektiv adından MTN-nin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. O, belə bir görüşün Azərbaycanın Milli Qəhrəmanı Paşa Nəzərovun adını daşıdığı məktəbdə keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib. MTN-nin Yasamal rayon idarəsinin rəis müavini Murad Muradov ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli təhlükəsizlik orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb. Təhlükəsizlik orqanlarının veteranları Musa Orucov, Hüseyn İsgəndərov, Arif Zeynalov və Vaqif Ağayev də çıxışlarında milli təhlükəsizlik orqanlarının yarandığı gündən indiyədək keçdiyi çətin və şərəfli tarixi yoldan bəhs edib, ulu öndər Heydər Əliyevin bu qurumda apardığı azərbaycanlılaşdırma, çətinliklər bahasına həyata keçirdiyi milliləşdirmə prosesindən danışıblar.
URL / WWW
http://kelam.az/article/a-904.html