Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məktəblərdə mətbuat katiblikləri yaradılır
11.03.10 22:01

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə mətbuat katiblikləri yaradılır. Bu məqsədlə BŞTİ-də Nəsimi rayonunda yerləşən məktəblərin direktor və mətbuat katibləri ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər. Pilot kimi həyata keçiriləcək bu layihədə məqsəd mətbuatla məktəblərin əməkdaşlığını formalaşdırmaq, təhsil müəssisələrinə müraciət edən mətbuat orqanlarının qeydiyyatını aparmaq, məktəbin nailiyyətləri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Tədbirdə İdarənin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev çıxış edərək layihə barədə iştirakçıları məlumatlandırıblar. Müzakirələr zamanı qərara alınıb ki, fəaliyyətə başlayan mətbuat katibləri mütəmadi olaraq öz işləri barədə BŞTİ-nin müvafiq sektoruna hesabat versinlər. Qeyd edək ki, layihə uğurla həyata keçiriləcəyi halda Bakının bütün ümumtəhsil müəssisələrində mətbuat katibliklərinin yaradılması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-902.html