Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələrin nizama salınmasında təsir mexanizmləri var”
11.03.10 22:01

“Avropa İttifaqı Avropanın ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Azərbaycan da Avropanın bir hissəsidir. Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək rolunu şərh edərkən söyləyib. Ə.Əhmədov bildirib ki, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bunun önəmi gündən günə artmaqdadır. Ona görə də, bölgədə sabitliyin təmin olunması daha da aktuallaşmaqdadır. “Bu mənada Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə maraqlı olduğunu açıq şəkildə ifadə etməyə başlayıb. Xüsusilə, ötən illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində üzə çıxan bir sıra problemlər Azərbaycanın bu baxımdan rolunu əhəmiyyətli dərəcədə artırıb. Hesab edirəm ki, Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin nizama salınmasında təsir mexanizmləri var. Ancaq bu mexanizmlərdən hansı formada istifadə edilməsi üzərində düşünülməlidir”,-deyə Ə.Əhmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-901.html