Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: “ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır”
11.03.10 22:00

Yüz il əvvəl baş vermiş hadisələri müzakirəyə çıxaran ABŞ Konqresi yaxın keçmişdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımına da qiymət verməlidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov bildirib ki, bu məsələ nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara, ümumiyyətlə Cənubi Qafqazdakı vəziyyətə mənfi təsir göstərə bilər. “Hesab edirəm ki, Konqresdə birtərəfli qətnamə qəbul edilib. Ermənistan Azərbaycanın 20% torpağını işğal edib və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır”,-deyən nazir bunun regiondakı təhlükəsizliyə böyük zərbə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır.
URL / WWW
http://kelam.az/article/a-900.html