Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Hacı Səid Seyidzadə:
19.10.09 14:58

Mənim üçün Hacı Mirəziz Seyidzadə bir ata kimi ideal insandır. Mən ona həm övlad, həm də bir yoldaş-sirdaş kimi çox yaxınam. Bir sözlə münasibətlərimiz valideyn-övlad sərhəddi çərçivəsində tamamlanmır. Elə bu səbəbdən də ailədə digər övladlarıla Hacı arasında körpü rolunu oynayıram. Baxmayaraq ki, ailədə anam, məndən böyük qardaşım və bacılarım var. Bu həm də Hacının ailədə heç kimin sözünə dəyər verməməsi, yalnız məni eşitməsi anlamına gəlməməlidir. Sadəcə bizim ailədə çox ciddi nizam-intizam var. Heç bir ailə üzvü xırda məişət problemləri və digər istəkləri ilə bağlı Hacını narahat etmir. Amma Hacı həmişə övladlarının, xüsusən də kiçik yaşlı nəvələrinin təlim-tərbiyəsi, təhsili ilə maraqlanır, onlara məsləhətlərini verir. O, bir ata kimi övladlarının hamısını oxudub, onların ali təhsil almasına şərait yaratdığı üçün nəvələrini də belə görmək istəyir.   Övladları olaraq onun 60 yaşının tamam olmasından həm sevinir, həm də kədərlənirik. Sevinirik ki, Hacı Mirəziz 60 illik ömür yolunda şərəflə yaşayıb, haqqı-nahaqqa verməyib, ədalət tərəzisində əyri-əskiyə yer olmayıb. Sıxıntıları, qayğıları, əqidəsindən dolayı problemlərindən ailəsinin xəbər tutmasını istəməyib. Kədərlənirik ona görə ki, böyümüzün-atamızın ömür payından bir yaş da əskilir. Amma Allah-Təalaya şükür edib, bunun da bir təqdiri-ilahi olduğunu düşünürük.
Mən Seyidzadə ailəsi adından Hacı Mirəzizə uzun ömür, can sağlığı, elmi, ədəbi, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
URL / WWW
http://kelam.az/article/a-9.html