Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı – 2010” adlı tədbir keçirilib
12.03.10 03:52

Gəncə şəhər Dövlət Dram Teatrında “Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı – 2010” adlı tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu il üçün Xalq Yaradıcılığı Paytaxtları ilə əlaqədar keçirilib. Tədbirin əsas mahiyyəti Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi irsini qorumaq və əsrlərdən - əsrlərə ötürməkdən ibarətdir. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini A.Ələkbərov açıb. O, qeyd edib ki, 2010-cu il Gəncə şəhərinin tarixində və gəncəlilərin yaddaşında xüsusi iz buraxacaq, il ərzində şəhərdə maraqlı tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi bölməsinin müdiri Lətifə Məmmədova gəncəliləri və şəhərin qonaqlarını salamlayaraq, onları bu tədbirlə əlaqədar təbrik edib. L.Məmmədova qeyd edib ki, qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən islahatların aparılması planlaşdırılıb. Tədbirin keçirilməsi ilə əlaqədar Gəncə şəhər Mərkəzi Kitabxanasında “Azərbaycan xalqının tarixi”, “Azərbaycan nağıl və dastanları”, “Qədim Gəncə” adlı kitab sərgiləri təşkil olunub.
URL / WWW
http://kelam.az/article/a-898.html