Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sınaq imtahanlarına başlayır
12.03.10 03:52

Aprelin 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirəcək. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ilk sınaq imtahanının Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərinin siyahısı yaxın günlərdə TQDK-nın internet səhifəsində yerləşdiriləcək. İmtahana yazılış internet vasitəsilə aparılır. Bunun üçün abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-896.html