Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Miss Azerbaijan-2010”a start verilib
10.03.10 21:35

Bu gün Bakıda “Miss Azerbaijan-2010” gözəllik müsabiqəsinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Həmçinin bu gündən bu layihəyə sənəd qəbulu da başlanılıb. KƏLAMİNFO xəbər verir ki, konfransda “Miss Azerbaijan 2010” haqqında məlumat verən layihənin Baş prodüsseri Nazim Səmədov layihənin beynəlxalq standartlara uyğun keçiriləcəyini bildirib. “Müsabiqə haqqında ətraflı məlumat layihənin martın 16-dan etibarən hər gün “Lider” kanalında efirə gedəcək gündəliyində öz əksini tapacaq. Burada iştirakçılar haqqında, müsabiqəyə hazırlıq və digər məlumatlar öz əksini tapacaq. Sənəd qəbulu bu gündən etibarən hər gün “Park İnn” otelində həyata keçiriləcək və martın 25-dək davam edəcək. Layihədə boyu 170 sm, yaşı 18-25 arası subay qızlar iştirak edə bilər. Ailəli və boşananlar müsabiqəyə buraxılmayacaq. Müsabiqəyə 30 iştirakçı seçiləcək, finala isə 14 nəfər vəsiqə qazanacaq”,-deyə Baş prodüsser vurğulayıb. N.Səmədov həmçinin əlavə edib ki, layihənin Qala Konserti mayın 23-də Heydər Əliyev adına Sarayda reallaşacaq. Müsabiqə qalibinə ev, avtomobil, qızıl və digər qiymətli əşyalar təqdim olunacaq. Tədbirdə layihənin direktoru Günay Səmədova, rejissor Ülviyyə Könül və digərləri də çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-892.html