Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova ABŞ Konqresinin qəbul etdiyi qondarma erməni soyqırımı qətnaməsinə münasibət bildirib
11.03.10 03:35

“Soyqırım məsələsinin parlamentdəki müzakirəsi ümumilikdə tarixi hadisələrə siyasi pəncərədən baxış və buna uyğun siyasi münasibətlərin qurulmasına gətirib çıxarır ki, bu da xalqlar, dövlətlər arasında münasibətlərin yaxşınlaşmasına yox, pisləşməsinə səbəb olur". KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Milli Məclisin vitse-spikeri Bahar Muradova ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qondarma “erməni soyqırımı” qətnaməsinə münasibət bildirərkən deyib. B.Muradova əlavə edib ki, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma soyqırımla bağlı qəbul etdiyi qətnaməyə Azərbaycan çox kəskin münasibət bildirib. Vitse-spiker qeyd edib ki, Azərbaycan sona qədər öz mövqeyində qalacaq və bu məsələyə kəskin etirazını bildirəcək.
URL / WWW
http://kelam.az/article/a-891.html