Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunan yubiley mərasimi keçirilib
11.03.10 03:34

Bu gün MTN-nin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunan yubiley mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov rəhbəri olduğu qurum haqqında məlumat verib. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif sosial-tibbi, humanitar və digər layihələri uğurla həyata keçirir. Müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığı, fəlakətlər zamanı davranış qaydaları, ilk yardım və digər vərdişlərin mənimsənilməsində əhəmiyyətli rol oynayıb. Cəmiyyətimiz heç bir maddi maraq güdmədən öz fəaliyyətini bu gün də davam etdirir. Ümumiyyətlə, son illərdə Azərbaycan Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin qayğısı sayəsində cəmiyyətimiz dinamik inkişafdadır”,-deyə N.Aslanov bildirib. Tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qızıl Aypara Cəmiyyətinin ölkəmizin ictimai-siyasi həyatında, xüsusən əlsiz-ayaqsızlara, imkansızlara, müxtəlif fəlakətlərə düçar olmuş insanlara yardım sahəsində mühüm xidmətlər göstərdiyini bildirib. Ə.Həsənov ölkə rəhbərliyi tərəfindən bu cür xidmətlərin nəzərə alınaraq cəmiyyətin sədrini “Vətənə xidmətə görə” üçüncü dərəcəli ordenlə, təşkilatın 16 fəal üzvünü isə “Tərəqqi” medalı ilə təltif etdiyini bildirib. Ə.Həsənov cəmiyyətin bir qurup əməkdaşına “Tərəqqi” medalını təqdim edib. Tədbirdə Milli Məclisin, Nazirlər Kabinetinin rəhbər işçiləri, millət vəkilləri, xarici və yerli təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-890.html