Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda keçiriləcək “AITF 2010” sərgisində 100-dən çox şirkətin iştirakı gözlənlir
11.03.10 03:55

Cari ilin 28-30 aprel tarixlərində Bakıda, Heydər Əliyev adına İdman və Konsert Kompleksində “AITF 2010” - “9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi” keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətindən məlumat veriblər. Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçiriləcək tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən də rəsmi olaraq dəstək verilir. Bu il ilk dəfə olaraq “AITF 2010” sərgisində Türkiyə tərəfdaş ölkə qismində çıxış edəcək.Sərgi 2 pavilyonda keçiriləcək və ilin ən parlaq hadisəsi kimi yadda qalacaq. Sərgidə 100-dən çox şirkətin iştirakı gözlənlir. Bu gün artıq ekspozisiya sahəsinin 80%-dən çox hissəsi tutulub. Bu fakt, eləcə də sərgidə öz iştiraklarını artıq təsdiq etmiş şirkətlərin sayı bu ilki sərgidə 2009-cu ilə nisbətən 20% artımın olacağını proqnozlaşdırmağa əsas verir. İlk dəfə olaraq, “AITF 2010” sərgisində Azərbaycanın regional turizm sektoru geniş şəkildə təqdim olunacaq. Bütöv bir pavilyon ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr ediləcək. Hər bir şəhərin öz proqramı ilə çıxış etmək imkanı olacaq. Ənənəvi olaraq, sərgidə Qarabağ stendi də təqdim olunacaq və Azərbaycanın bu zonasının ən qədim torpağının əsrarəngiz gözəlliyə malik təbiəti nümayiş etdiriləcək. Stend Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək. Bu ilki Turizm və Səyahətlər Sərgisi “Sərgiyə gəl – bir dünya kəşf et!” şüarı altında keçiriləcək və əsl turizm festivalına çevriləcək.
URL / WWW
http://kelam.az/article/a-888.html