Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » TürkPA-nın Baş katibi Ramil Həsənov TBMM-nin yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya gedir
11.03.10 03:55

Martın 13-15-i tarixlərində Türkdilli ölkələrin Parlament Assambleyasının (Türk PA) Baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Ankarada səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Türk PA-nın Baş katibliyindən bildiriblər. R.Həsənov səfər zamanı TürkPA-nın gələcək fəaliyyəti və perspektivlərini müzakirə etmək üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinlə görüşəcək. "Yubiley tədbirləri zamanı Baş katibin Türkiyə Parlamentinin Baş katibi Alı Osman Koca və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı ilə də görüşləri nəzərdə tutulub".Qeyd edək ki, R.Həsənov martın 16-18-də isə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iqtisadiyyat komitəsinin növbəti sessiyasında iştirak etmək üçün Moldovada səfərdə olacaq. R.Həsənov TürkPA-nı tanıtmaq üçün sessiyada çıxış edəcək və QİƏT PA-nın Baş katibi Aleksey Kudryaveçlə gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək.
URL / WWW
http://kelam.az/article/a-887.html