Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
10.03.10 03:13

Bu gün Təhsil Nazirliyində “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Memorandum təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri (ƏƏSMN) Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və UNİCEF-in ölkəmizdəki rəsmi nümayəndəsi Mark Herevard arasında imzalanıb. İmzalanmadan əvvəl çıxış edən M.Mərdanov bildirib ki, bu layihə iki il əvvəl dövlət başçısı tərəfindən təsdiqlənmiş “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı” çərçivəsində hazırlanıb. “İki il əvvəl bu işə başlarkən ölkədə 55 internat evi vardı. Bunların 50-si Təhsil Nazirliyi, 3-ü Səhiyyə Nazirliyi, 2-i isə ƏƏSMN-nin nəzdində olub. İşə başlanıldıqdan sonra bu internatlardan 9-u xüsusi qayğı mərkəzlərinə verilib. Həmçinin iki il əvvəl bu internatlarda ümumilikdə 14 389 uşaq olub. Bunların 10 334-ü yalnız təhsil alırdısa, 4055-i həm də burada məskunlaşmışdı. Proqramın icrasına başlanıldıqdan sonra hazırda internat evlərində cəmi 10 min 55 uşaq var ki, bunların da 6094-ü ancaq təhsil alır, 3962-i isə eyni zamanda məskunlaşıb”,-deyə M.Mərdanov açıqlayıb. M.Mərdanov qeyd edib ki, bu layihənin də həyata keçirilməsi nəticəsində uşaqların internatlara düşməsinin qarşısı alınacaq və etibarlı müdafiə sistemi yaradılacaq. Layihəyə əsasən övladlığa, qəyyumluğa, himayəyə veriləcək uşaqlar və namizəd ailələr üçün məlumat bankı yaradılacaq. M.Herevard Memorandumun imzalanmasının uşaqların müdafiəsi sahəsində atılmış vacib addım kimi dəyərləndirib. “Uşaqların müdafiəsi üçün dövlət və beynəlxalq təşkilatlar öz səylərini birləşdirməlidir”,-deyə UNİCEF rəsmisi vurğulayıb. F.Ələkbərov isə rəhbərlik etdiyi qurumun tabeliyindəki internat məktəblərinin ağır fiziki qüsurlu uşaqlardan ibarət olduğunu bildirib. O, qeyd edib ki, nazirlik 66 uşağın bu müəssisələrə daxil olmasının qarşısını alıb, 22 uşaq sağlam olduğu üçün öz bioloji ailələrinə verilib. “Əsas problemlərdən biri bu uşaqların mənsub olduğu ailələrin kasıb olmasıdır. Ona görə də dövlət həmin ailələrə yardım etməlidir. Təəssüf ki, belə uşaqlar çox yaşamır. Buna görə də Heydər Əliyev Fondunun dəstəyi ilə bu uşaqların məskunlaşdığı 3 nömrəli internat tam təmir olunub, 7 nömrəli internatda isə təmir işləri gedir”,-deyə nazir açıqlayıb. Tədbirin sonunda Anlaşma Memorundumu imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-883.html