Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qəbul imtahanlarının regionlarda da keçirilməsi planlaşdırılır
05.03.10 21:32

Cari ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bakalavr pilləsi ilə bərabər ali məktəblərin magistratura pilləsinə də qəbul imtahanlarını regionlarda keçirməyi planlaşdırır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. M.Abbaszadə qeyd edib ki, bakalavr imtahanlarında olduğu kimi, magistraturaya qəbul imtahanlarının da regionlarda keçirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, ənənəvi Naxçıvanda olduğu kimi digər bölgələrdə də bu proses tətbiq olunacaq. “Regionlarda qəbul imtahanlarının keçirilməsi məsələsi sənəd qəbulu başlayandan sonar dəqiqləşəcək”,-deyə, TQDK sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-881.html