Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistratura pilləsinə qəbul zamanı dövlət sifarişi nəzərə alınacaq
06.03.10 03:32

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında sədr Məleykə Abbaszadə cari il magistratura pilləsinə qəbul qaydaları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə bu il bakalavr pilləsi ilə bərabər magistratura pilləsinə də qəbul zamanı dövlət sifarişinin nəzərə alınacağını bildirib. M.Abbaszadə qeyd edib ki, artıq ali məktəblərdə təhsil forması ödənişli-odənişsiz yox, dövlət sifarişi əsasında həyata keçiriləcək. “Burada dövlət əvvəlcədən müəyyən edir ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var və o ixtisasların siyahısı martın 15-dək bizə təqdim olunacaq. Bakalvr pilləsində olduğu kimi, magistraturada da bu ixtisaslar dövlət tərəfindən maliyyələşəcək. Bu mexanizmdə daha çox yüksək nəticə göstərən bakalavrlar həmin ixtisaslara yiyələnəcəklər”,-deyə TQDK sədri vurğulayıb. M.Abbaszadə onu da əlavə edib ki, magistratura pilləsinə qəbul imtahanı iki pillədə keçiriləcək. “İlk pillədə test üsulu ilə bakalavrın intellekt (məntiq), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanacaq. İkinci mərhəldə isə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılacaq”,-deyə, M.Abbaszadə bildirib.
URL / WWW
http://kelam.az/article/a-880.html