Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Evi yıxılanlar. I hissə
19.10.09 14:58

Rüşvət cəmiyyətlərin yox olmasına və zərərə düçar olmasına səbəb olar, vəziyyətlərini pozar. Cəmiyyətlərdə, zülmün yayılmasına yol açar. Bundan başqa, rüşvətin yayıldığı bir cəmiyyətdə şərəf, izzət və fəzilət yox olur və onların yerinə, alçaqlıq, kin və nifrət hakim olur. Rüşvət olan bir ümmətdə nəsihətin yerini saxtakarlıq, əmanətin yerini xainlik, ədalətin yerini zülm və əmin-amanlığın yerini qorxu alar. Cəmiyyətdə rüşvət alçaqlığa və pozğunluğa, nəfslərin şəhvətlərinin sərbəst qalmasına, oğurluğun və saxtakarlığın yayılmasına, vəzifədən sui-istifadəyə və dələduzluğa çağırmaqdır. O zaman, cəmiyyətin maraqları zərərə düçar olar. Cəmiyyətdə pislik və zülm hakim olar. Aralarında səfillik, kasıbçılıq və bədbəxtçilik yayılar. Əhməd ibn Hənbəldən nəql olunur ki, Həzrət Mühəmməd (s) buyurub: “İçində rüşvət ortaya çıxan hər bir qövm, qorxu ilə müsibətə düçar edilir.” Son günlər Azərbaycan insanının ən çox müzakirə etdiyi mövzularından biri də “qeyri-qanuni tikilən” evlərin sökülməsidir. İstər məmur olsun, istərsə də başqa bir məslək sahibi, hamı bu mövzunu özü üçün prioritet seçib...
Əslində bu məsələ təsdiq olunmalıdır: tikilən evlərin harası qeyri-qanunidir. Ümumiyyətlə qeyri-qanuni olan nədir? Bildiymiz kimi Azərbaycanda torpağın üç mülkiyyətçisi var. Bunlardan biri də bələdiyyə adlandırdığımız yerli özünü idarə orqanlarıdır. Əslində bunların adı ÖZÜNÜ İDARƏdir. Reallıqda isə bunları da rayon İcra Hakimiyyətləri idarə edir. Yalan deyirəmsə Allah mənim on ildir soğan-çörək yeyə-yeyə tikib hələ də başa gətirə bilmədiyim evimi yıxsın.
Əvvəla belə bir suala cavab axtarmağa çalışaq: Vətəndaş torpaq almaq üçün kimə, daha doğrusu hansı quruma müraciət etməlidir? Əlbəttə, vətəndaşın torpaq almaq üçün yeganə müraciət edəcəyi orqan bələdiyyədir. Çünki Bakı şəhərində mövcud torpaqlar yalnız bələdiyyə adlandırdığımız amorf qurumların balansındadır. Hansı ki, bu gün məmur-mütləqlər, neft şirkəti və s. ev yıxan təşkilatlar bələdiyyələrin verdiyi qərarı ciddi sənəd kimi qəbul etmirlər. Amma rüşvət verib hər hansı bir tikdiyin evə Şəhadətnamə almaq istəyəndə sənədlərinin qaydasında olması üçün bələdiyyə orqanından alqı-satqı müqaviləsi tələb edirlər. Baxın, insanların anasını belə ağladırlar. Əgər yalın deyirəmsə sabaha çıxmayım....
Artıq vətəndaş bələdiyyə yetkilisinin göstərdiyi yerdə torpağını alır və əlavə heç bir narahatlıq hissi keçirmir. Çünki bələdiyyə qərarında vətəndaşa torpağın ev tikintisi aparmaq üçün verildiyi xüsusi qeyd olunur. Gedib arvadının qır-qızılını, soyuducusunu satır, bankdan kredit götürüb başını soxacaq bir ev tikmək istəyir. İşə başlayanda sahənin ərazisinə nəzarət edən polis gəlir və haqqını alıb gedir. Sizcə polis hara gedir? Polis ilk olaraq torpağın yerləşdiyi ərazinin qəsəbə nümayəndəliyinin sədrinə müjdə verir. Dərhal sədrin adamları tikilinin getdiyi əraziyə gəlir və sənəd tələb edir. Sən də çıxarıb bələdiyyə qərarını göstərirsən. Başlayır burcutmağa... İşi saxlayırsan. Bir, üç, beş gün qalırsan maat-məəttəl. Yola verirsən gedir. Artıq işə başladığın gündən bir həftə vaxt keçib, sən isə divara heç 20 daş qoymamısan. Günortaya kimi yaxşı işləyirsən. Sevincinin həddi-hüdudu yoxdur. Balaca iş deyil, kişi ev-eşik sahibi olur, kirayə qalmaqdan, xüsusən də arvad-uşağın dırdırından canı qurtarır. Amma yanılırsan...
Polis qardaş vəzifə başındadır. Qəsəbə nümayəndəliyindən çıxan o məlun dərhal bələdiyyə sədrinə də bu barədə müfəssəl məlumat verir. Bu dəfə bələdiyyənin ərazi üzrə kuratorları işə düşür və şirinlik adı altında vətəndaşı istismar edir.
Bununla iş bitmir. Əgər ərazi hər hansı bir neft quyusuna yaxındırsa, yandın. Şirkətin nümayəndələri gəlir və səndən 2000-3000 manat alıb gedir. Verməyə bilmərsən. Əgər bu verməmək fikrinə düşsən sabah gəlib tikidiyinin uçurulduğunu görürsən.
Kimə şikayət edəsən? Dərdini kimə deyəsən?
(ardı var)
URL / WWW
http://kelam.az/article/a-88.html