Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Administrasiyası Amerika Konqresinin qərarını pislədi
05.03.10 20:58

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı mətbuata Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. Ə.Həsənov bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz addımdır. “1915-ci ildə I Dünya müharibəsinin cəbhələrinin birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalqlar və dövlətlər bu və ya digər itkilərə məruz qalmışlar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidir.Azərbaycan hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və anti-türk mahiyyəti daşıdığını diqqətə çatdırır. Hesab edirik ki, bu qərar həm də ABŞ-ın və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaqdır”,-deyə Ə.Həsənov vurğulayıb. Ə.Həsənov, eyni zamanda, inandığını bildirib ki, Komitənin qəbul etdiyi bu qərar ABŞ Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və ABŞ hökumətinin üzərindən bu ədalətsiz məsuliyyət götürüləcək.
URL / WWW
http://kelam.az/article/a-878.html