Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclis Elmira Süleymanovanı növbəti dəfə ombudsman seçdi
06.03.10 03:58

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov əvvəlcə bütün qadın millət vəkillərini, Milli Məclisin xanım əməkdaşlarını, həmçinin parlamentin işini işıqlandıran xanım jurnalistləri 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Sonra iclasda Azərbaycanın insan hüquqları üzrə yeni müvəkkili seçilməsi məsələsi müzakirə olunub. Spiker O.Əsədov üç namizəddən ilk olaraq E.Süleymanovanın namizədliyini səsverməyə çıxarıb. Səsvermədə iştirak edən deputatlardan 106 nəfəri E.Süleymanovanın namizədliyini dəstəkləyib, 7 deputat onun əleyhinə səs verib. Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanovun namizədliyini isə 3 nəfər deputat dəstəkləyib, 66 nəfər əleyhinə, 18 nəfər bitərəf, 2 nəfər səsvermədə iştirak etməyib.BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovun namizədliyini 9 millət vəkili dəstəkləyib. Səsvermə zamanı hər üç namizəd Milli Məclisin iclasında iştirak edib. Qeyd edək ki, E.Süleymanova, F.Qurbanov və T.Məlikaslanovun ombudsmanlığa namizədliyini prezident İlham Əliyev irəli sürüb.
URL / WWW
http://kelam.az/article/a-877.html