Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vitse-spiker Ziyafət Əsgərov: “İraqda, Əfqanıstanda, Xocalıda baş verənlərin hesabatını kim verməlidir”
05.03.10 20:58

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, Z.Əsgərov qəbul edilən qətnaməni pisləyib. Vitse-spiker bildirib ki, ABŞ bir daha sübut etdi ki, hüququn gücü yox, gücün hüququ hökm sürür. “Bu gün İnternetdə ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədrinin çıxışını oxudum. O, bildirir ki, Türkiyə öz keçmişi haqda hesabat verməlidir. Bəs yaxşı İraqda, Əfqanıstanda, Qarabağda baş verənlərin hesabatını kim verməlidir? Dünya BMT tərəfindən yox, özünü supergüc hesab edən bir neçə ölkə tərəfindən idarə olunur”,-deyən Z.Əsgərov qeyd edib ki, biz bu gün prezidentimizə dayaq olmalı, ancaq özümüzə güvənməliyik.
URL / WWW
http://kelam.az/article/a-876.html