Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin yeni istehsal sahələrinin açılışında iştirak edib
06.03.10 03:55

Bu gün prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elm-İstehsalat Müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, müəssisə 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Müəssisənin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı var. “İqlim” müəssisəsinin yeni yaradılan istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir. Azərbaycan prezidenti yeni sahənin rəmzi açılışını bildirən düyməni basıb, hazır məhsullar və hissələrlə tanış olub, istehsal prosesini izləyib. Sonra dövlət başçısı müəssisədə yaradılmış atıcılıq tirinə baxıb. Prezident İlham Əliyev müəssisədə yeni yaradılan tökmə sahəsi ilə də tanış olub. Burada həm müdafiə təyinatlı, həm də mülki məhsullar istehsal edilir. Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-873.html