Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TDQK-nın keçirdiyi seminarlara 5000-dən artıq nəzarətçi-müəllim qatlıb
05.03.10 03:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) növbəti tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam edir. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Bakı şəhəri ilə yanaşı, respublikanın müxatəlif bölgələrində 5000-dən artıq nəzarətçi-müəllim seminarlarda iştirak edib. Bu seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin və Komissiyanın regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Qeyd edək ki, bu seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar.
URL / WWW
http://kelam.az/article/a-872.html