Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanın turizm potensialı Berlin və Moskvada keçirilən beynəlxalq sərgilərdə nümayiş olunacaq
05.03.10 02:10

Martın 10-14-də Berlin şəhərində “ATB-Berlin” beynəlxalq turizm sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgidə ölkəmizi nazirliyin əməkdaşı Günay Fərədova təmsil edəcək. Sərgidə Azərbaycanın turizm potensialı 104 kv.metr stendlə təbliğ olunacaq. “Sərgidə Azərbaycanın turizm potensialı, görməli yerləri, tarixi abidələri, mehmanxana turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə nümayiş olunacaq”,-deyə məlumatda bildirilir. Sərgidə iştirak etmək üçün Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü, Muğam üçlüyü, İTV-nin çəkiliş qrupu da Berlinə ezam olunacaq. Martın 13-16-da Moskvada keçiriləcək “İnturmarket” adlı digər bir beynəlxalq turizm sərgisində isə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktor əvəzi Zakir Hacıyev, mərkəzin əməkdaşı Balaş Maqsudov təmsil edəcək. “İnturmarket” sərgisində ölkəmizin turizm potensialının nümayiş olunması üçün 40 kv.metr stend icarəyə götürüləcək.
URL / WWW
http://kelam.az/article/a-871.html