Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-da Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin elmi məruzəsi dinlənilib
04.03.10 22:10

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev “Qısaperihelli kometlərin mənşəyi” adlı elmi məruzə ilə çıxış edib. O, kompleks tədqiqat işində son illər kosmik texnikanın inkişafı sayəsində Günəş sistemində aşkar olunan ümumi sayı 1752 olan 4 yeni komet sisteminin araşdırıldığı, bu sistemlərə məxsus indiyədək 20-dən çox məlum olmayan qanunauyğunluğun aşkar edildiyi və onların izahının verildiyini söyləyib. Alim bildirib ki, bütün bunlar müvafiq sistemlərin yaranması barədə keyfiyyətcə yeni nəzəriyyə yaratmağa imkan verir və bu nəzəriyyəyə əsasən komet qrupları bir neçə protokomet cisminin meteor selləri ilə toqquşaraq yaranır. Ə.Quliyev alınan elmi nəticələrin asteroid-komet təhlükəsi probleminin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini və bu tədqiqat işinin monoqrafiya şəkilində çapa hazırlandığını söyləyib. Sonda AMEA RH-nin qərarı ilə “Qısaperihelli kometlərin mənşəyi” mövzusunda kompleks tədqiqat işi monoqrafiya şəkilində “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində çap olunduqdan sonra rus və ingilis dillərində dünyanın aparıcı nəşriyyatlarında da təkrar çap olunması tövsiyə edilib.
URL / WWW
http://kelam.az/article/a-870.html