Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda bütün elmi işçilərin 50%-ni qadınlar təşkil edir
05.03.10 03:08

Cari ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,9%-ni və ya 4 mln. 592 min nəfərini qadınlar təşkil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Qadınların 59,4%-i nəsilvermə qabiliyyətinə malik olub, onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib. Ötən il doğulan 152,1 min körpənin 46%-ni qızlar təşkil edib. Hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözləniləndən 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir. Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7% təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74%, orta ixtisas təhsil müəssisələrində 73%, ali təhsil müəssisələrində 47%, həkimlərin 62% qadınlardır. Ümumi təhsil müəssisələri şagirdlərinin 47%, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67%, ali təhsil müəssisələrinin tələbələrinin 46% qızlardır. Hazırda doktorantların 40%-ni, bütün elmi işçilərin isə 50%-ni qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 33%, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 17% artıb. Qeyd edək ki, Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi də artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 11,2%-dir. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2% olub.
URL / WWW
http://kelam.az/article/a-869.html