Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ə.Həsənov: “Sülhün əldə edilməsindən sonra Qayıdış Proqramının icrasına başlanacaq”
03.03.10 20:41

Məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün Qayıdış Proqramı tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyinin təşkil etdiyi tədbirdə söyləyib. Ə.Həsənov vurğulayıb ki, sülhün əldə edilməsindən sonra Qayıdış Proqramının icrasına başlanılacaq. Sözügedən proqramla bağlı kiçik layihə həyata keçirildiyini diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, Qayıdış Proqramının icrası ilə bağlı müəyyən təcrübə əldə edilib. “Təbii ki, məcburi köçkünlərin vəziyyəti ilə bağlı bizim hələ də beynəlxalq humanitar təşkilatlar, donorlar və digər maraqlı qurumların dəstəyinə ehtiyacımız var. O vaxta qədər ki, məcburi köçkünlər doğma yerlərinə qayıdacaq”, - deyə Ə.Həsənov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-867.html