Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-da plagiatçılıq və onun aradan qaldırılması yolları müzakirə olunub
03.03.10 20:41

Bu gün AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Müəllif Hüquqları Agentliyi ilə birlikdə “Elmi yaradıcılıq sahəsində müəlliflik hüququ və onun müasir problemləri” mövzusunda seminar keçirilib. KƏLAMİNFO xəbər verir ki, seminarda Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov son zamanlar elm aləmində vüsət alan plagiatçılıq və onun aradan qaldırılması yollarından bəhs edib. K.İmanov təmsil etidiyi qurum tərəfindəm elmi yaradıcılıq və əqli nəticələrlə əlaqədar müəlliflik hüququnun qorunması ilə bağlı hazırlanmış xüsusi slaydları seminar iştirakçılarına təqdim edib. Təqdimatda alimlərə və elmi işçilərə tədqiqat zamanı digər mənbələrdən istifadə zamanı qanuni məhdudiyyətlər olduğu nəzərə çatdırılıb. “Hansısa bir tədqiqat zamanı yeni dərc olunan əsərin müəllifi digər müəllifin əsərindən 20-30%-dən çox sitat verməməlidir. Əks təqdirdə bu plagiatlıq hesab olunur”,-deyə K.İmanov bildirib. Tədbirdə həmçinin mərhum tarixçi, akademik Ziya Bünyadovun müəllifi olduğu “Azərbaycan tarixi” kitabının son zamanlar dəyişdirilmiş formada nəşrinə də münasibəb bildirilib. K.İmanov qeyd edib ki, əgər bu barədə akademikin varisləri və yaxud da institut tərəfindən MHA-ə təqdimat göndərilərsə, onlar bu işlə ciddi məşğul olmağa hazırdırlar. “Dünyasın dəyişmiş müəllifin əsərindən dəyişdirilmiş formada istifadə etmək qanuna ziddir. Mərhum akademik Z.Bünyadovun “Azərbaycan tarixi“ kimi dəyərli kitabını milli kaloritlərə zidd formada dəyişiklik edib icazəsiz nəşr etmək isə ümumiyyətlə yol verilməz haldır”,-deyə MHA sədri vurğulayıb. Seminar alim və elmi işçilərin birgə müzakirəsi ilə davam edib.
URL / WWW
http://kelam.az/article/a-865.html