Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAMF reklamların yazılışında dövlət dilinin monitorinqini aparıb
03.03.10 20:41

Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib. SAMF-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ilk tədbir kimi reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” AR Qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinqlərə başlanılıb. İlk monitorinq Bakı şəhərinin 10 mərkəzi küçə və prospektində mövcud olan 442 xidmət sahəsindəki reklam xarakterli lövhələri əhatə edib. Araşdırmalar nəticəsində bəlli olub ki, reklamların dili, konkret olaraq reklamlar hazırlanarkən dövlət dilinin tələblərinin qorunması ilə bağlı problemlər bir neçə il öncəki vəziyyətlə müqayisədə nisbətən yaxşılaşsa da, qənaətbəxşlik çərçivəsindən xeyli kənardadır. Belə ki, monitorinq zamanı reklam xarakterli lövhələrin 52% -də Azərbaycan dili, 37% ingilis dili, 11% isə turk dilində olan sözlərdən istifadə olunub. Bununla yanaşı müşahidə aparılan lövhələrin yazılışının 23%-də qrammatik səhvlərə rast gəlinib. Lövhələrin 18%-də isə rus mənşəli sözlərin latin qrafikası ilə verildiyi aşkarlanıb. Qeyd edək ki, bir sıra soydaşlarımızın “dəblə danışmaq” xəstəliyi reklam lövhələrinə də sirayət edib. Azadlıq prospekti boyu sıralanan “Boçka”, “Başmaçok”, “Çudo Peçka”, İstiqlaliyyət küçəsində “Tetradka”, R.Behbudov küçəsində “Bon Apetit” şirniyyat mağazası, S.Vurğun küçəsində “Merkez Lahmacun”, “İnce Göl” və s. bu tipli adlar Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini “bəzəyir”. Bir çox qadın salonlarının üzərində yalnız ingilis dilində “Beaty salon” ifadələrinin həkk olunduğunu da nəzərə alsaq, Bakıya gəlmiş əcnəbinin və ya əyalət insanının hansı hissləri keçirəcəyini təsəvvür etmək o qədər də çətin olmaz.
URL / WWW
http://kelam.az/article/a-863.html