Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Məcburi köçkünlərin çoxu hələ də ağır şəraitdə yaşayır”
04.03.10 03:39

Bu günə qədər məcburi köçkünlər üçün 2,9 mlrd. manat vəsait ayrılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyinin təşkil etdyi tədbirdə söyləyib. Onun sözlərinə görə, vəsaitin 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən, 770 mln. manatı Dövlət Neft Fondundan və 780 mln. isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılıb. Son 8 ildə məcburi köçkünlər üçün 64 yaşayış məntəqəsinin salındığını diqqətə çatdıran Ə.Həsənov burada 18 mindən artıq evin tikildiyini söyləyib. Yaşayış massivlərində 123 məktəbin tikildiyini söyləyən Ə.Həsənov ərazinin xəstəxana, uşaq bağçası, o cümlədən bütün infrastrukturla tam təmin edildiyini qeyd edib. Ə.Həsənov tikilən evlərə 100 minə yaxın əhalinin köçürüldüyünü vurğulayıb. Bildirib ki, 600 minə yaxın məcburi köçkün isə hələdə ağır vəziyyətdə yaşayır. Onun sözlərinə görə, təkcə Bakıda 216 min məcburi köçkün ağır vəziyyətdə yaşayır, 70 yataqxanada 14 min ailə məskunlaşıb.Ə.Həsənov əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan bütün beynəlxalq norma və prinsiplərə əməl edir, o cümlədən məcburi köçkünlər üçün normal şərait yaradır və onlara vətəndaşlıq huququ verir. Komitə sədri bildirib ki, bütün bunlara baxmayaraq qaçqınlar yaşadıqları yerlərə qayıtmaq hüqüqu və məcburi köçkün statusu hələ də qalır.
URL / WWW
http://kelam.az/article/a-862.html