Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ali Məhkəmədə ötən ilin hesabatı ilə bağlı mətbuat konfransı keçirilib
02.03.10 19:47

Bu gün Bakıda Ali Məhkəmənin sədri Ramiz Rzayev inzibati binalarında ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, R.Rzayev ilk növbədə Ali Məhkəmənin son dövrlərdə maddi-texniki bazası, infrastrukturunun inkişafından bəhs edib. O, ötən il müddətində Ali Məhkəmənin müasir standartlara cavab verən yeni binası istifadəyə verilərək qurumun dəftərxanasının elektronlaşdırıldığını, zallarda cəzaçəkmə müəssisələri ilə birbaşa videobağlantı sisteminin yaradıldığını bildirib. R.Rzayev növbəti ildə də yerli məhkəmələr üçün yeni inzibati binanın istifadəyə veriləcəyini vurğulayıb. R.Rzayev qeyd edib ki, Ali Məhkəmənin hakim korpusunun formalaşmasında yeniliklər var. “Respublikada vakant yerlərə namizədliyini sürmüş hakimlər və keçirilən imtahanlarda uğur qazanmış şəxslər hazırda kurs keçirlər və yaxın gələcəkdə hakim kimi fəaliyyətə başlayacaqlar. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinin öyrənilib tətbiq edilməsi sahəsində də irəliləyişlər var. Vətəndaşlar bizim qərarlardan həmin məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər. Lakin biz çalışırıq ki, vətəndaşlarımızın hüquqlarını öz ölkəmizdə qoruyaq ki, o səviyyəyə çıxmasın. Hakimlər üçün seminarlar keçirilir, yerli məhkəmələrə öz tövsiyələrimizi veririk. Hakimlərin müstəqilliyinin inkişaf etdirilməsi istiqamətində də işlər görür, şəffaflığa böyük diqqət yetiririk”,-deyə R.Rzayev əlavə edib. Ali Məhkəmənin sədri ötən il ümumilikdə 96129 işə baxıldığını bildirib. O, Ali Məhkəmənin kollegiyaları və plenumunda isə 4862 işə baxıldığını vurğulayıb. “Respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələrində 14 min 14 cinayət işinə baxılıb, 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib və 21 nəfərə bəraət verilib. Əvvəlki illərə nisbətən ötən ildə Ali Məhkəmədə baxılan işlərdə 10% artım müşahidə olunub”,-deyə R.Rzayev qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-861.html