Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda Avropa Məhkəməsinin qərarları tam olaraq yerinə yetirilir
02.03.10 19:47

Ötən il ölkəmizdən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hüquq pozuntuları ilə bağlı olunan şikayətlərdən 7-i təmin edilib. Bu qərarların 3-ü hüquqi qüvvəyə minib, digər 4-ü isə məhkəmə qərarının qəbul olunmasından sonra 3 ay müddətində qüvvəyə minəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, indiyə kimi Azərbaycanla bağlı AİHM-də 26 işə baxılıb və 23-ü hüquq pozuntuları ilə bağlı olduğundan təmin edilib. R.Rzayev ötən il AİHM-ə bütün Avropadan 35 min 560 iş daxil olduğunu, onlardan 33 min 65-nin rədd edildiyini, 2395 işə baxıldığını vurğulayıb. Sədr bildirib ki, bununla müqayisədə Azərbaycandan müraciətlər çox azdır. “AİHM-nin qəbul etdiyi qərarları icra etməmək ən böyük məsuliyyətdir və bunun üçün müqəssir ölkəyə ən ağır sanksiya verilir. Ölkəmizdə AİHM-in qərarları tam olaraq yerinə yetirilir”,-deyə R.Rzayev əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-860.html