Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU ilə Esseks Universiteti əməkdaşlıq edəcək
03.03.10 03:47

Böyük Britaniyanın Esseks Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında beynəlxalq əməkdaşlıq etmək üçün ilkin razılıq əldə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Bu məqsədlə Esseks Universitetinin nümayəndələri Helen Emeri və Nilufər Demirkan Cons ADU-da olub, universitetin rektoru Səməd Seyidov və təhsil ocağının digər professor-müəllim heyəti ilə görüşüblər. Görüşdə əldə olunan razılığa əsasən, ADU-nun İngilis dili fakültəsinin tələbələri Esseks və ADU tərəfindən işlənib hazırlanan tədris proqramı əsasında təhsil alacaqlar. Tələbələr birinci və ikinci kursları ADU-da, üçüncü və dördüncü kursları isə Esseks Universitetində oxuyaraq hər iki universitetin tanıdığı ikili diplom alacaqlar.
URL / WWW
http://kelam.az/article/a-859.html