Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M.A.Moratinos: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün səyləri dəstəkləyir”
02.03.10 19:47

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdə davam edəcək”. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqına sədrlik edən İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinos çıxış edib. M.A.Moratinos bildirib ki, həmsədrlər danışıq aparan tərəfləri sülh prosesinə və münaqişənin nizamlanmasına dair siyasi qərar verməyə cəlb etmək istəyirlər: “Mən bu məsələni Azərbaycana səfərim zamanı da müzakirə edəcəyəm. Problemin nizamlanması üçün müsbət atmosfer formalaşdırmaq lazımdır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün səyləri dəstəkləyir”,-deyə M.A.Moratinos vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-858.html