Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bəzi məhkəmələrdə həbs-qətimkan tədbirinin seçilməsi üçün lazımı praktika hələ yetişməyib
03.03.10 03:47

Artıq 2000-ci ildən bəri respublikada həbs-qətimkan tədbirinin seçilməsi səlahiyyəti prokurorluqdan məhkəmə sisteminə keçməsinə baxmayaraq, hələ də bu sahədə kifayət qədər lazımı praktika formalaşmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. R.Rzayev qeyd edib ki, bu istiqamətdə Bakıda və Sumqayıtda araşdırmalar aparılıb və acınacaqlı faktlar ortaya çıxıb. Sədr bu problemin Ali Məhkəmənin ötən ilin noyabrında keçirilən plenumunda müzakirəyə çıxarıldığını da vurğulayıb. “Təəssüf edirəm ki, həbs-qətimkan tədbirinə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir. Həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir istənilən halda seçilmir. Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır”,-deyə R.Rzayev bildirib. Ali Məhkəmənin sədri bu sahədə pozuntulara yol verdiyi üçün 3 hakimin səlahiyyətinə xitam verildiyini, bir neçə hakimə töhmət verildiyini, bəzilərinin isə tutduqları vəzifədən aşağı pilləyə endirildiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-857.html