Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dövlət qeydiyyatından keçən dini icmaların 12-si qeyri-islam təmayüllüdür
02.03.10 19:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yenidən və ilkin dövlət qeydiyyatından keçmək üçün 700-dən çox sənəd daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı DQİDK-dən veriblər. Qeyd olunub ki, 2009-cu ilin dekabr ayının 31-dək 150 dini icma yenidən və ya ilk dəfə dövlət qeydiyyatına alınıb. Onlardan 12 dini icma qeyri-islam təmayüllüdür. Məlumatda bildirilib ki, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Qeyd edək ki, dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi davam edir.
URL / WWW
http://kelam.az/article/a-854.html