Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Beynəlxalq Din Azadlığı üzrə Komissiyanın hesabatında Azərbaycanla bağlı qeyri-obyektivliyə yol verilib
03.03.10 04:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının növbəti illik icmalının Azərbaycanla bağlı hissəsi ilə əlaqədar məlumat yayıb. Komitədən KƏLAMİNFO-ya verilən məlumatda bildirilib ki, Komissiyanın sonuncu hesabatının Azərbaycana aid hissəsində bir sıra müsbət amillərlə yanaşı, qeyri-obyektivliyə də yol verilib. Sənəddə bildirilib ki, hökumət vətəndaşların əksəriyyətinin dini azadlığına hörmət etməyə davam edir. Buna əlavə olaraq DQİDK bildirib ki, dini qurumlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə hökumət tərəfindən heç bir maneə olmur. Qeyd olunub ki, Azərbaycanın din sahəsində apardığı siyasət, cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Azərbaycan hökumətinin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. “İndiki zamanda Azərbaycanda dini durum sabitdir, ölkədə dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür”,-deyə məlumatda bildirilib.
URL / WWW
http://kelam.az/article/a-853.html