Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “ATƏT sədrinin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq”
03.03.10 03:45

“Qondarma “erməni soyqırımı”nın ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə olunmasını istəmirik. Bunun üçün Türkiyə tərəfi öz səylərini göstərməkdədir. ABŞ Administrasiyasının da bu məsələ ilə bağlı mövqeyi ortadadır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. B.Muradova bu məsələnin Konqresdə müzakirəyə çıxarılmayacağına inanmaq istədiyini də bildirib. O, Azərbaycanın istənilən halda bu yöndə müzakirələrin aparılmasına qarşı olduğunu vurğulayıb. Vitse-spiker ATƏT PA-nın sədri Joao Soareş və qurumun Dağlıq Qarabağ və Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin gələn həftənin sonlarında Azərbaycana baş tutacaq səfəri ilə bağlı fikirlərini də bölüşüb. Bildirib ki, səfər çərçivəsində, əsasən ATƏT-Azərbaycan əlaqələri, regiondakı vacib problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ATƏT-in vasitəçiliyi ilə həlli məsələləri müzakirə olunacaq. B.Muradova ATƏT PA-nın cari ilin iyul ayında Norveçin paytaxtı Osloda növbəti illik sessiyasının keçiriləcəyini söyləyib. O, sessiyada Ermənistanın qurumdakı nümayəndə heyətinin münaqişələrin hərbi yolla həllindən imtina ilə bağlı sənəd təqdim etməsinin gözlənildiyini qeyd edib. “Azərbaycan tərəfi bu məsələ ilə bağlı hansı qabaqlayıcı addımların atılacağını hələlik müəyyənləşdirməyib. Sənəd ortada olmalıdır ki, biz də münasibət bildirək. Sənəd təqdim olunmadan orada nəyin əks olunduğunu söyləmək çətindir. Lakin biz bununla bağlı mövqeyimizi bildirəcəyik. İstənilən halda bu cür qərarın qəbul olunmasına qarşıyıq və bu yöndə lazım olan bütün tədbirləri görəcəyik”,-deyə B.Muradova əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-852.html