Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir
02.03.10 19:44

Bu gün Bakıda, Müstəqil Dövlətlər Birliyi Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan dövlət informasiya agentliklərinin rəhbərləri, habelə Müstəqil Dövlətlər Birliyi, onun İcraiyyə Komitəsi, Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərin və Beynəlxalq Humanitar Əməkdaşlıq işləri üzrə Federal Agentliyin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri iştirak edirlər. İclasda Böyük Vətən Müharibəsində qələbənin 65 illik yubileyinin işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunub. Bu məsələyə həsr olunmuş əsas məruzə ilə Şuranın sədri, İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko çıxış edib. İclasda Qələbənin 65 illiyinə həsr olunmuş birgə fotomüsabiqə və veb-layihənin həyata keçirilməsi, MDB humanitar portalının yaradılması, Birlik məkanında humanitar əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin rolu məsələlərinə həsr olunmuş məruzələr dinlənilib. İclas iştirakçıları MDB-nin 2011-ci ildə qeyd ediləcək 20 illiyinə həsr olunmuş tədbirlər, Birlik ölkələrində baş verən proseslərin işıqlandırılmasında jurnalistlərin vəzifələri ilə əlaqədar məsələləri nəzərdən keçiriblər.
URL / WWW
http://kelam.az/article/a-851.html