Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AzərTac-ın 90 illik yubileyi qeyd edildi
01.03.10 22:47

Bu gün Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) yaranmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mərasim iştirakçılarına prezident İlham Əliyevin təbrikini çatdırdı və bildirdi ki, bir neçə gün öncə ölkə rəhbərliyinin müvafiq Sərəncamı ilə Agentliyin 19 əməkdaşı dövlət mükafatları ilə təltif edilib. AzərTac-ın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olduğunu diqqətə çatdıran Ə.Həsənov mətbu orqanın keçdiyi yola diqqəti çəkdi və bildirdi ki, AzərTac fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. O bildirdi ki, Agentlik bütün dövrlərdə Azərbaycan ictimaiyyətini dünyada, eləcədə ölkədə baş verən ictimai-siyasi, mədəni və digər xəbərlərlə yaxından tanış edib və məlumatlandırıb. Agentliklə bağlı umummilli lider Heydər Əliyevin diqqətini xatırladan Ə.Həsənov bildirdi ki, Heydər Əliyevin arzusu AzərTacı dünyanın nüfuzlu agentlikləri sırasında görmək idi və bu arzular reallaşıb. Ümumilikdə AzərTacın fəaliyyətini müsbət qiymətləndirən Ə.Həsənov qurumun kollektivinə gələcək işlərində uğurlar arzuladı. AzərTacın Baş direktoru Aslan Aslanov yubiley mərasimində 13 ölkənin nüfuzlu mətbu orqanlarının yüksək səviyyəli nümayəndə heyətinin iştirak etdiyini vurğuladı. Dünyanın 23 informasiya agentlikləri ilə əməkdaşlıq haqqında Saziş imzaladıqlarını diqqətə çatdıran A.Aslanov qeyd etdi ki, rəhbərlik etdiyi qurum bundan əlavə 6 regional informasiya agentlikləri ilə də əməkdaşlıq edir. O, AzərTacın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Avstriya, İran, Ukrayna, Gürcüstan, Orta Asiyada, həmçinin respublikanın bölgələrində müxbir məntəqələrinin fəaliyyət göstərdiyini vurğuladı. Yubiley tədbirində bir sıra ölkələrdən gələn nümayəndələrin də fikirləri dinlənildi. AzərTacın kollektivi adından prezident İlham Əliyevə müraciət də ünvanlandı. Mərasim konsert proqramı ilə davam etdirildi.
URL / WWW
http://kelam.az/article/a-848.html