Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA rəsmisi: “İranla Azərbaycan arasında münasibətlərin normal olmasını istəməyən qüvvələr var”
01.03.10 22:47

İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərini təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Ə.Həsənov qeyd edib ki, İranla Azərbaycan qonşu ölkələrdir, onların mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxındır və iki ölkə arasında müştərək dövlətçilik var. O, İran tərəfində də, iki ölkə arasında münasibətlərin normal olmasını istəməyən müəyyən qüvvələrin olduğunu diqqətə çatdırıb. “Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərirlər. Biz Azərbaycan dövləti olaraq belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk”,-deyən Ə.Həsənov İranda baş verənləri dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb. “Bununla belə, təəssüflər olsun ki, bəzən İran tərəfindən belə cəhdlərə qarşı yetərincə tədbirlər görülmür. Xüsusilə İranın “Səhər” telekanalı Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, qonşu dövlətin həyatındakı prosesləri inkar etməyə, onun mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir. Belə cəhdlərə qarşı da biz dövlət olaraq öz səsimizi qaldırır, İranın lazımı instansiyalarına bununla bağlı iradlarımızı bildiririk”,-deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-847.html