Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün AzərTAc-ın 90 yaşı tamam olur
02.03.10 03:47

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. 1919-cu il martın 3-də Xalq Cümhuriyyəti hökuməti - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunub. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Ajanslığının ştatlarının layihəsi və Əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınıb. 1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər dərc olunub. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə göndərilmiş 17 nömrəli təliqə qurumun məhz martın 1-də yarandığını təsdiq edib. Agentliyin adı 7 dəfə dəyişdirilib, - 1920-ci ildə AzərTAc, yenə də həmin ildə AzQafROSTA, 1921-ci ildə AzərTA, 1923-cü ildə ZaqTA, 1936-cı ildə yenidən AzərTA, 1972-ci ildə Azərinform, nəhayət, 1992-ci ildə agentlik yenidən AzərTAc adlanırılıb. Hazırda AzərTAc-ın Türkiyə, Rusiya, İtaliya, Rumıniya, İran, Bolqarıstan, Çin, Qazaxıstan, Ukrayna, Koreya Respublikası, Küveyt, Macarıstan, İndoneziya, Serbiya, Misir, Albaniya, Latviya, Belarus, Moldova, İordaniya, Monqolustan, Qırğızıstan və Tacikistanın milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri var. Bundan başqa AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olub.
URL / WWW
http://kelam.az/article/a-846.html