Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq etdi
01.03.10 22:47

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ Nümayəndələr Palatasının xarici münasibətlər komitəsində müzakirə ediləcək qondarma erməni soyqrımı layihəsi ilə bağlı ABŞ və Ermənistana xəbərdarlıq edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir məsələ ilə bağlı təmaslarının davam etdiyini bildirib. R.T.Ərdoğan qeyd edib ki, ABŞ-a son səfərində də bu məsələni müzakirə edib. “Hazırda bir qrup millət vəkili ABŞ-dadır. Bu proses davam edir. Bizim mövqeyimiz bəllidir. İsveçrədən başlayan bir proses var və bu iş davam edir. Qarşılıqlı olaraq yaxşı niyyət göstərilsə, nəticə olacağına inanıram. Əgər 4 martda, 24 apreldə səhv addım atılsa, bu, prosesi baltayar. Elə zənn edirəm ki, konqres üzvləri bu məsələyə həssaslıq nümayiş etidrəcəklər",-deyə R. T.Ərdoğan əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-842.html