Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AMEA Geologiya İnstitutunda beynəlxalq seminar keçiriləcək
26.02.10 21:35

Martın 1-3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda “Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri” mövzusunda beynəlxalq seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. Tədbirdə Azərbaycan, Almaniya, Fransa, Rusiya və Gürcüstan alimləri Qafqazın və Cənubi Xəzər hövzəsinin geodinamik şəraiti və seysmik təhlükələrini müzakirə edəcəklər. Seminarın 3-cü günü görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda paleomaqnitizm elminin banisi, mərhum Tofiq İsmayılzadənin anadan olmasının 80 illiyinə həsr olunacaq.
URL / WWW
http://kelam.az/article/a-840.html