Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Evi yıxılanlar. II hissə
19.10.09 14:58

Rüşvət həqiqətdə insanın ona halal olmayan bir şeyi əldə etmək üçün vəzifəli bir şəxsə ödədiyi hər şeydir. Rüşvət bir çox şəkildə olur. Ən böyüyü, bir haqqın pozulması, bir batilin haqlı edilməsi və ya bir şəxsə zülm etmək üçün veriləndir. Vəzifəli şəxsin əslində qarşılıqsız etməli olduğu bir işi etməsi üçün pul və ya digər şey alması da rüşvətdir. Rüşvət verənin, ona aid olmayan bir şeyin ona verilməsi üçün və ya yerinə yetirməli olduğu bir haqqı yerinə yetirməmək üçün və yaxud özü kimi haqq edənlərin bitərəf etmək üçün rüşvət verməsi də rüşvətin müxtəlif formalarındandır.İslamda rüşvət, hansı şəkildə olsa, nə adla adlandırılsa da haramdır. İstər hədiyə, istər mükafat və istərsə də hörmət deyilsin, hall eynidir. İsimlər həqiqətləri dəyişdirməz. Sözlərə deyil, həqiqətlərə baxılır.
İbn Cərirdən nəql olunub ki, Həzrət Mühəmməd (s) buyurub: “Haqsız qazancla bitən hər ət, atəşə daha layiqdir.” Deyilir ki: “Haqsız qazanc nədir?” O Həzrət belə buyurur: “Hökm vermədə rüşvət almaqdır.”
Bəli, kimə şikayət edəsən? Dərdini kimə deyəsən? İnsanların vəziyyətini mərhələ-mərhələ çətinləşdirir, onların var-yoxunu talayır, sonra da gəlib deyirlər ki, qanunsuz ev tikmisən... Düzdür, vətəndaşların sənədləri də tam qaydasında olmur, amma bir və yaxud da iki otaqlı ev tikmək üçün günlərlə məmur qapılarında gecələmək nə dərəcədə ədalətlidir. Məsələ ondadır ki, sənədləri tam qaydasında oldu-olmadı, vətəndaş polisə, sahə müvəkkilinə, bələdiyyə kuratoruna və yaxud da neft şirkəti yetkilisə verəcəyini verəcək. Nə az, nə də çox. Sadəcə burada pulun hansı şəkildə verilməsidir. Sənədlər yarımçıq olanda yuxarıda sadaladığım məmurlar tikiliyə yaxınlaşır, dərhal onun dayandırılmasını tələb edir, hətta təpiklə vurub bir-iki daşı uçurur, ustanın üstünə qışqırır, bir sözlə tikili sahibini müxtəlif yolla aşağılamağa çalışır və s. Sənədlər tam qaydasında olanda isə vətəndaşın, daha doğrusu tikli sahibini dili uzun olur. Məmur-mütləqlər isə rüşvəti şirinlik formasında alırlar. Bu bir qanunauyğunluqdur və yuxarıda bəhs etdiyim düstur üzrə yoluna qoyulur.
Nə isə. Artıq tikili sahibi bir otaqlı, hamamı yox, tualeti taxta parçalarından olan “malikanəsini” başa gətirib içində yaşayır. Təzəcə nəfəs alırdı ki, Dövlət Reystri Xidmətinin rəisi Arif Qaraşov cənabları onun bir-iki addımlığında - mavi ekrandan çıxış edərək qanunsuz evlərin söküləcəyini bəyan edir. A.Qaraşov qanunsuz tikili kateqoriyasına aid olan evlərin coğrafi arealını müəyyənləşdirir. Bildirir ki, xüsusən mədən ərazisində olan tikililər söküləcək. Vəziyyət gərginləşir, ailə-uşaq təşviş içindədir. Kişi tez qalxıb neft buruğu ilə yeni tkidiyi evin arasındakı məsafəni ölçür: düz 73 metr. Arada gəzən söz-söhbətə görə isə yaşayış evi neft quyusundan 25-30 metr məsafədə tikilməlidir. Bu söz-söhbət kişini bir az rahatlaşdırır. Amma yenə də ailəlikcə sabahı diri gözlü açırlar...
Çox maraqlıdır. Ərazini vətəndaşa verən – daha doğrusu satan bələdiyyə orqanı, onu qeydə alan rayon İcra Hakimiyyəti yetkililəri yaxınlıqdakı neft quyularını görmürdülərmi? Deyək ki, gözləri kordu və görmədi. Yaxşı bəs, əraziyə nəzarət edən sahə müvəkkili hara baxırdı? Deyək ki, bunun da görmə qabiliyyəti zəifləyib. Yaxşı bəs, rüşvəti alıb gözünə təpən qəsəbə icra nümayəndəsi, neft şirkətinin təhlükəsizliyi nə işlə məşğul idi. Olmazdımı ki, elə bələdiyyə vətəndaşa mədən ərazisində torpaq satmayaydı, olmazdımı ki, icra nümayəndəsi ona rəy verməyəydi, sahə müvəkkili, neft şirkətinin əməkdaşları rüşvət xatirinə göz yummayaydı, nəhayət “Bakıelektrikşəbəkə” 150 AZN alıb sayğac qoymayaydı. Deməli, hamı göz yumub. Deməli, bütün Azərbaycana bəllidir ki, gözlərin yumulması üçün yatmaq vaxtını gözləmək lazım gəlmir. Pulunu – rüşvətini verib istədiyin adamın gözünü bağlaya bilərsən.
Bəli, indi vətəndaş oturub evinin başına uçulacağı günü gözləyir. Dəhşətdir, elə deyilmi? İnsanları göz görə-görə istismar edirlər, dələduzluq yolu ilə əlində nəyi var alıb onu var-yoxdan çıxarırlar. Bu dələduzluq faktı həm də yuksək səviyyədə həyata keçirilir. Bu rəzalətdir, alçaqlıqdır, şərəfsizliyin ən aşağı formasıdır. Dövlətin məmurları vətəndaşına bu qədər zülm edərmi? Belə iyrəncliklər Azərbaycan istisna olmaqla bəlkə də dünyanın heç bir yerində yoxdur.

(ardı var)
URL / WWW
http://kelam.az/article/a-84.html