Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GVB “Xocalı qan yaddaşımızdar” mövzusunda tədbir kecirib
27.02.10 03:35

Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin İdman Kompleksində “Xocalı qan yaddaşımızdar” mövzusunda tədbir keçirib. GVB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə birliyin İdarə Heyətinin üzvləri, idman federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar və valideyinlər iştirak edib. Tədbirdə əvvəlcə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GVB-in sədri Müqamət Əliyev bildirib ki, birliyin İdarə Heyətinin qərarı ilə fevral ayı “Xocalı soyqrımı XX əsrin ən dəhşətli faciəsi” elan olunub. O, GVB-nin Təşkilat Komitəsi tərəfindən fevral ayı ərzində faciə ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. “Ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçen gecə, Xankəndindəki Rusiyanın 366-cı motoatıcı alayanın köməyi ilə Xocalı şəhərində misli görünməmiş soyqrımı həyata keçiriblər. Nəticədə bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qədarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamam məhv edilib, 230 ailə başcısını itirib, 1275 nəfər əsr alınıb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur”,-deyə M.Əliyev vurğulayıb. Tədbirdə GVB-nin İctimai əlaqələr üzrə sədrin müşaviri N.Niftiyev və başqaları çıxış edərək soyqrımla bağlı fikirlərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-839.html