Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkədə “Quş qripi” xəstəliyinə görə vəziyyət sabitdir
26.02.10 21:35

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində “quş qripi” xəstəliyinə görə başlanan növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli verib. Y.Xanvəlinin sözlərinə görə, monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ovçular Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə aparılıb. Monitorinqlər Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bu monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 24 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1272 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyalarında müvafiq müayinələrdən keçirilib. Müayinə olunan nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinqin aparıldığı ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. Y.Xanvəli bildirib ki, “quş qripi” xəstəliyinin ölkəyə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqətdə saxlayan DBX respublika ərazisində monitorinqləri bundan sonra da davam etdirəcək. Qeyd edək ki, quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 29-da başlanması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-837.html