Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ümumtəhsil məktəbliləri arasında “Ətraf mühit və biz” mövzusunda olimpiada keçiriləcək
27.02.10 03:35

Martın 1-dən etibarən Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin birgə təşəbbüsü ilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında “Ətraf mühit və biz” mövzusunda olimpiada keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhəri üzrə Təhsil İdarəsindən veriblər. Şagirdlərin ekoloji biliklərinin artırılması, onlarda təbiətə və ətraf mühitə sağlam münasibətin formalaşdırılması, intellektual və yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi və ekologiyanın dərindən öyrənilməsi məqsədilə reallaşacaq olimpiadanın I mərhələsi hər bir məktəb üzrə 1 - 20 mart, II – rayon mərhələsi 25 - 31 mart, III – yekun mərhələsi isə aprelin birinci ongünlüyündə təşkil olunacaq. Qiymətləndirmə ən yaxşı referatlar, ən yaxşı layihələr, ən yaxşı internet resursları, ən yaxşı videomateriallar, ən yaxşı fotoalbomlar, ən yaxşı ədəbi - bədii nümunələr, ən yaxşı xəritələr nominasiyaları üzrə aparılacaq. Hər bir nominasiya üzrə I, II və III yerin müəyyən edilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-836.html