Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İrəli” İB Hollandiyanın Rotterdam şəhərində aksiya keçirəcək
26.02.10 03:18

“İrəli” İctimai Birliyi fevralın 26-da Hollandiyanın Rotterdam şəhərində Xocalı faciəsinin 18-ci ildönümüni ilə bağlı aksiya keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Rotterdam bələdiyyəsinin qarşısından başlanan və 200 nəfərin iştirak edəcəyi yürüş şəhər mərkəzinə qədər davam edəcək. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyəti və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və xarici vətəndaşların iştirakı gözlənilir. Qeyd edək ki, Hollandiyada Xocalı soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsinə Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və “İrəli” İctimai Birliyinin Hollandiyadakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik edir.
URL / WWW
http://kelam.az/article/a-834.html