Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP “Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq” mövzusunda anım mərasimi keçirib
25.02.10 22:18

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı “Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq” mövzusunda anım mərasimi keçirib. KƏLAMİNFO xəbər verir ki, YAP-ın Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə Milli Məclisin deputatları, partiya fəalları və faciənin canlı şahidləri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.YAP Sədrinin müavini Əli Əhmədov tarix boyu Azərbaycan xalqının faciələrlə rastlaşdığını bildirib. Ə.Əhmədov qeyd edib ki, bu faciələr sırasında miqyası baxımından ən dəhşətlisi 18 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı qətliamıdır. Onun sözlərinə görə, Xocalı qətliamı özünün qəddarlığı, amansızlığı ilə digər faciələrdən fərqlənir. O, dünya birliyinin də faciələrə fərqli yanaşmalar göstərdiyini qeyd edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ayrı-ayrı yerlərdə baş vermiş faciələrə həssaslıqla yanaşsa da, Xocalı faciəsinə münasibətdə ikili standartlara yol verir. “Bəzi dövlətlər uydurma “erməni soyqırımını” tanıdığı halda, həqiqi, faktlara əsaslanan, hələ qanı qurumamış faciələrə göz yumur. Ona görə də, hər bir vətəndaşın vəzifəsi bu faciəni dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olmalıdır. Azərbaycan dövləti, o cümlədən bir sıra ictimai təşkilatlar, diasporumuz bu yöndə fəaliyyət göstərməkdədir. Bu baxımdan Heydər Əliyev Fondunun keçirdiyi aksiyaların əhəmiyyəti xüsusi qeyd olunmalıdır”,-deyə Ə.Əhmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-833.html