Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfər Əbiyevdən şok açıqlama: “İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır”
26.02.10 03:17

Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti müzakirə edilib. S.Əbiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlərini səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər. “Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır”,-deyə S.Əbiyev bildirib. Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-832.html